Modern.az

Azərbaycan pasportu dünyada 61-ci yerdədir

Azərbaycan pasportu dünyada 61-ci yerdədir

Aktual

18 Yanvar 2017, 18:42

Azərbaycan “Passport Index” beynəlxalq reytinqində 66-cı yeri tutub.

 

APA-nın məlumatına görə, bu barədə “Passport İndex” portalında yer alan hesabatda deyilir.

 

Reytinq bu və ya digər ölkənin pasportunu daşıyan şəxsin neçə ölkəyə vizasız səfər edə biləcəyinə əsasən tərtib edilib. Azərbaycana vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayına görə 61 xal verilib. Reytinqdə Ermənistan 58 xalla 69-cu, Gürcüstan 67 xalla 60-cı, Türkiyə 104 xalla 42-ci, Rusiya isə 103 xalla 43-cü yerdə qərarlaşıb.

 

Reytinqdə birinci yeri 158 xalla Almaniya, ikinci yeri 157 xalla İsveç və Sinqapur tutub. 156 xalla Danimarka, Finlandiya, Fransa, İspaniya, İsveçrə, Norveç, Böyük Britaniya və ABŞ 3-cü yerdə qərarlaşıb. Ən axırıncı, yəni 95-ci yeri 23 xalla Əfqanıstan tutub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar