Modern.az

Zərərçəkmiş: "MTN-də döyüldüm, məndən 250 min manat istədilər"

Zərərçəkmiş: "MTN-də döyüldüm, məndən 250 min manat istədilər"

18 Yanvar 2017, 19:03

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, prosesdə keçmiş polis əməkdaşı olan zərərçəkmiş Neman Kərimov ifadə verib O, bildirib ki, MTN-ə aparılarkən orada A.Çovdarovu görüb: "MTN əməkdaşları məni nazirliyə aparanda Akif Çovdarovla rastlaşdım. Mənim saxlanılmağımdan onun xəbəri olub".

N.Kərimov hakim, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və vəkillərin suallarını cavablandırarkən MTN-də döyüldüyünü söyləyib: "Məndən 250 min manat pul istədilər. Daha sonra dayım Zakirə zəng vurdum. O, MTN-nə gəldi, Akif Çovdarovla 80 min manata razılaşdı".

 

İclasda zərərçəkmiş Elvin Mövsümov da dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

 

Modern.az

 

  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir