Modern.az

Ermənistanda keçmiş nazirlər yeni blokda birləşirlər

Ermənistanda keçmiş nazirlər yeni blokda birləşirlər

18 Yanvar 2017, 20:59

Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsi  daha bir blokun yaradıldığı elan olunub. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu bloka keçmiş xarici işlər naziri Vardan Oskanyanən rəhbərlik etdiyi “Birlik” partiyası, lideri keçmiş deputat, prezident administrasiyasının sabiq rəhbəri Viktor Dallakyan olan “Üçüncü Respublika” və Aram Sərkisyanın Demokratik Partiyası daxil olacaq.

Bildirildiyinə görə, yaxın zamanda bu ittifaqa Aram Arutyunyanın  “Milli həmrəylik” partiyası da qoşulacaq.

“Bundan sonra bu qrup keçmiş müdafiə naziri Seyran Ohanyana qoşulacaq. Böyük ehtimalla, lap sonda onlar Qaqik Tsarukyanla birləşmək niyyətlərini elan edəcəklər. Qaqik Tsrukyanın qərarının necə olacağını isə zaman göstərəcək”, - məlumatda vurğulanır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir