Modern.az

Yaşlı müəllim şagirdini yoldan çıxarmağa görə tutulub

Yaşlı müəllim şagirdini yoldan çıxarmağa görə tutulub

18 Yanvar 2017, 21:28

Sidneyin orta məktəblərindən birində 61 yaşlı müəllim 15 yaşlı şagirdini yoldan çıxarmaqda günahlandırılır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, müəllim onu böyük adam kimi öpüb və qenitaliyasına toxunmağa cəhd edib.

Polislərin tərtib etdiyi protokolda qeyd edilir ki, 61 yaşlı ingilis dili müəllimi Bruno Qezzi fransız sayağı 15 yaşlı şagirdini öpüb və əlini onun tumanın altına salıb.

Fransız sayağı öpüşün texnikasının intim xarakterli olduğu, qış tətili zamanı qıza intim xarakterli sms-lər göndərdiyi də iddia edilir.

O, Yeni ilə ərəfəsi məktəblini şəhər parkına dəvət edib və orada yoldan çıxarmağa cəhd göstərib.

Qezzi bundan sonra saxlanılıb. Yaşlı kişi hazırda girov müqabilində azadlıqdadır. Ona bir neçə maddə üzrə ittiham elan edilib.

Bruno Qezzi isə günahını etiraf etməyə hazırlaşmır və məhkəməyə hazırlaşır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi