Modern.az

"Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb"

"Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb"

Aktual

18 Yanvar 2017, 22:18

"Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb". Modern.az saytı xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdə Prezident Ilham Əliyev bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Pyotr Poroşenko bildirib ki, Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq: “Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək. Biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq".

Sonda P.Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

 

21:36

 

Bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Petro Poroşenkonun görüşü olub. Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır