Modern.az

Avtomobili olmayan şəxs sürət həddini aşmağa görə cərimələnib - Video

Avtomobili olmayan şəxs sürət həddini aşmağa görə cərimələnib - Video

19 Yanvar 2017, 00:30

Cəlilabadda maşını olmayan şəxsə yol polisindən protokol gəlib. Modern.az saytı xəbər verir ki, “Xəzər TV”nin məlumatına görə, heç bir avtomobili və ümumiyyətlə, sürücülük vəsiqəsi olmadığı halda ondan 10 manat radar cəriməsinin ödənilməsi tələb olunur. Gənc isə avtomobil idarə etməyi belə bilmədiyini deyir. İndi o, cərimənin ona necə gəlib çıxdığını araşdırır.

 

İndiyə kimi heç bir avtomobili olmadığı halda adına sürət həddinin aşması ilə bağlı protokol gəlib.

 

Maraqlı hadisə Cəlilabad rayon Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib. Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilib ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə avtomobili 72 km sürətlə idarə edib.

 

Ceyhun İbişov isə nəinki Bakıda avtomobil idarə etdiyini, indiyə kimi heç bir avtomobili olmadığını deyir. Məsələni aydınlaşdırmaq üçün Cəlilabad rayon polis şöbəsinə müraciət etdikdə isə məlum olub ki, həmin avtomobil texniki pasportunda Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.

 

Olmayan avtomobilinə görə cərimənin ləğv olunmasını istəsələr də, hələlik bu baş verməyib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, hadisə ətraflı araşdırılacaq.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir