Modern.az

Obama Rusiyaya qarşı sanksiyaların səbəbini açıqladı

Obama Rusiyaya qarşı sanksiyaların səbəbini açıqladı

19 Yanvar 2017, 00:46

“Rusiyaya qarşı məhdudiyyət tədbirləri rəsmi Moskvanın Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün tətbiq edilib. Amma düşünürəm ki, ABŞ və bütün dünya Rusiya ilə konstruktiv münasibətlərdə maraqlıdır. Ümid edirəm ki, gələcəkdə Rusiya ilə Ukrayna arasında da möhkəm əlaqələri bərpa etmək mümkün olacaq. İki ölkənin tarixən geniş mədəni və sosial bağları var”. Modern.az saytı xəbər verir ki, bu fikirləri Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında bildirib.

Obama həmçinin deyib ki, prezidentliyi dövründə Rusiyanın dünya birliyinin mühüm üzvü olmasına cəhd edib: “Lakin Vladimir Putin hakimiyyətə yenidən qayıtdıqdan sonra Rusiya ABŞ-a qarşı qərəzli münasibət nümayiş etdirməyə başladı”.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub