Modern.az

Prezident İlham Əliyev  Məsud Bərzani ilə görüşüb

Prezident İlham Əliyev  Məsud Bərzani ilə görüşüb

Aktual

19 Yanvar 2017, 00:59

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb.

 

Məsud Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirərək atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğulayıb.

 

Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır