Modern.az

Yanukoviçin Putinə Ukraynaya ordu yeridilməsi haqda məktubu yayıldı - Tarixi sənəd

Yanukoviçin Putinə Ukraynaya ordu yeridilməsi haqda məktubu yayıldı - Tarixi sənəd

19 Yanvar 2017, 11:35

Keçmiş prezident Viktor Yanukoviçin Rusiya prezidenti Vladimir Putinə 2014-cü ilin mart tarixli məktubunun məzmunu açıqlanıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, məktubda Yanukoviç Rusiya prezidentindən ölkəsinin ərazisinə qanunçuluğun, sülhün, stabilliyin və Ukrayna xalqının müdafiəsi üçün qoşun yeridilməsinixahiş edir.

 

“Qanuni prezident kimi bəyan edirəm. Maydan hadisələri, Kiyevdə hakimiyyətin qanunsuz zəbt oiunması onunla nəticələnib ki, Ukrayna vətəndaş müharibəsi astanasına gəlib çıxıb. Ölkədə xaos və özbaşınalıq baş alıb gedir, yaşayış, təhlükəsizlik və insan hüquqları, xüsusilə cənub-şərqdə və Krımda – təhlükə altındadır. Qərb dövlətlərinin təsiri altında açıq-aşkar terror və zorakılıq həyata keçirilir, adamlar siyasi baxışlarına və ifadələrinə görə təqib olunurlar.

 

Bu səbəbdən Rusiya prezidenti V.V. Putinə müraciətimdə xahiş edirəm ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrindən Ukrayna əhalisinin müdafiəsi, stabillik, qanunçuluğun, sülhün, qayda-qanunun bərpası  üçün istifadə etsin”, - Yanukoviç müraciətində vurğulayıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir