Modern.az

Deputatdan Cahangir Əsgərova İTTİHAM: “Bu, nə özbaşınalıqdır?!”

Deputatdan Cahangir Əsgərova İTTİHAM: “Bu, nə özbaşınalıqdır?!”

19 Yanvar 2017, 12:56

“Cahangir Əsgərov hazırda məzuniyyətdədir, qayıdan kimi onunla görüşəcəm və bu problemi onun diqqətinə çatdıracam“

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

 

Vahid Əhmədov AZAL monopoliyada ittiham edib.

 

“Azərbaycan aviasiyası, hava nəqliyyatı ilə bağlı tənqidi fikirlərimi, iradlarımı dilə gətirmək istəyirəm. Bununla bağlı, ümumiyyətlə, son illər çoxlu tənqidlər, iradlar səsləndirilir. Bu günlərdə özümün şahidi olduğum bir hadisədən danışmaq istəyirəm. Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də biznes-klassla. Sonra elə oldu ki, iki gün gecikəsi oldum. AZAL-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, orada da müraciət edin…

 

Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar AZAL-ın monopolist  olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır”-deyə Vahid Əhmədov əlavə edib.

 

Azərbaycan Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov da problemi AZAL-ın rəhbərliyinə, Cahangir Əsgərova çatdıracağını bildirib.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?