27 may 2017, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Ayaz Mütəllibov, bəs sən hara baxırdın?!” - MÜSAHİBƏ
“Ayaz Mütəllibov, bəs sən hara baxırdın?!” - MÜSAHİBƏ
19.01.2017, 13:23

Etibar Məmmədov: "Vaqif Hüseynovu Azərbaycan xalqının düşməni elan edərdim"


Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

-Etibar bəy, sabah 20 yanvar hadisələrinin 27-ci ildönümü olacaq. Eks-prezident Ayaz Mütəllibov Modern.az-a müsahibəsində 1990-cı il yanvarın 16-dan sonra ölkədə hakimiyyətin AXC-nin və Moskvadan gələn qrupun əlində olduğunu deyib. Doğrudanmı, rus qoşunlarının Bakıya gəlməsində o zamankı AXC məsuliyyət daşıyır?

-1990-cı ildən bu yana Ayaz Mütəllibov və o zaman onunla bərabər hakimiyyətdə olanlar məsuliyyətdən qaçmağa can atırlar. Bir şeyi başa düşmürlər ki, o zaman yüksək vəzifə tutan şəxslər xalqın həyatına,  təhlükəsizliyinə görə məsuliyyət daşıyırdılar. Bunlar məsuliyyətlərini dərk etməyərək həmin hadisələrin baş verməsində birbaşa məsuliyyətli olan şəxslərdir. Bu da ötən illər ərzində dəfələrlə sübut olunub. Onların məsuliyyətinin nədən ibarət olduğu bu  illər ərzində dəfələrlə sübut olunub. Buna baxmayaraq, Ayaz Mütəllibovun həmin hadisələrin baş verməsində  və rus qoşunlarının Bakıya dəvət edilməsində birbaşa məsuliyyəti var. Çirkab atmaqdansa, indiyə qədər bir suala cavab versin ki, niyə görə o, Moskvaya teleqramla müraciət edib və Azərbaycana qoşun dəvət edənlərin siyahısında olub? İndiyə kimi bu suala cavab verməyib. Ona görə də o suala cavab verməyən, o zaman hökumətdə vəzifə tutan və vəzifə borcuna görə də xalqın təhlükəsizliyini təmin etməyə borclu olan bir adamın indi nə mənəvi, nə də siyasi hüququ var ki,  başqalarını ittiham etsin.

-20 yanvar hadisələrindən sonra Ayaz Mütəllibov bir neçə AXC lideri ilə görüşərək, onların bəzilərinə vəzifə verdiyini bildirib. Bu nə dərəcədə doğru fikirlərdir?

-İndi o kiməsə vəzifə verib, ya da təklif edib, hansısa formada danışıqlar aparıb, onlardan xəbərim yoxdur. O zaman vəzifəyə gedənlər də, Mütəllibovla əməkdaşlıq edənlər də məlumdur. 20 yanvar hadisəsinin baş verməsinə bunların heç bir aidiyyatı yoxdur. 20 yanvar 1990-cı ilin əvvəlində baş verib. 20 yanvara qədər məsuliyyət daşıyan adamlar da məlumdur, həmin dövrdə vəzifədə olan şəxslər də məlumdur. Ayaz Mütəllibov da o zaman Nazirlər Kabinetinin sədri idi. İkinci şəxs hesab olunurdu. Deyəndə ki, Moskvadan gələnlər buranı idarə edirdilər, adamdan soruşarlar ki, bəs sən hara baxırdın ki, onlar idarə edirdi?! Niyə etirazını bildirmədin?! Həmin hadisələr baş verəndən sonra niyə proseslə bağlı çıxış etmədin?! Bunların heç biri olmayıb. Hətta, onlara haqq qazandırıb və həmin hadisədən sonra da onun əsas mübarizəsi birinci katib postunu ələ keçirmək olub. Artıq 27-ci  ildir bunlar təkrar olunur. Hamı da bilir ki, məsuliyyəti kim daşıyır. Azərbaycan siyasətində ən pis şey odur ki, hansısa məsuliyyəti olan adamlardan heç kəs  indiyə qədər etiraf etməyib ki, “mənim məsuliyyətim var”. Günahı bir kənara qoyaq. Sadəcə, məsuliyyətini etiraf edən olmayıb.

-Ayaz Mütəllibov o zamankı DTK sədri Vaqif Hüseynovla, özünün  20 yanvar cinayətinin ört-basdır edilməsinə  cəhdlər göstərdiklərini ağ yalan adlandırıb. Həmçinin, Vaqif Hüseynovun professional çekist olmasını da xüsusi qeyd edib.


-Vaqif Hüseynov professional çekist kimi enerji mərkəzinin partladılmasının təşkilatçısı olub. Bakıda ayrı-ayrı insanlara, xalq hərəkatının rəhbərlərinə qarşı sui-qəsdlərin təşkilatçısı olub. Hətta Heydər Əliyevin tərəfdarlarından bir neçəsinin öldürülməsinin təşkilatçısı olub. Bunların hamısı istintaqla sübut olunmuş məsələlərdir. Vaqif Hüseynovu Azərbaycan xalqının düşməni elan edərdim. Düşmən olan bir adamı, bütün fəaliyyəti boyu xeyir verməyən bir şəxsi indi şahid kimi irəli çəkmək Ayaz Mütəllibova yaraşmaz. Ümumiyyətlə, heç kəsə yaraşmaz. Vaqif Hüseynovun kim olduğunu hamı bilir.

-Bildiyiniz kimi, 20 yanvar hadisələri öncəsi rus qoşunlarının Bakıya gəlməsi üçün indiki Baş nazir Artur Rəsizadənin də Moskvaya teleqram vurduğu deyilir. Həmin dövrlərdə, Artur Rəsizadə Nazirlər Kabineti sədrinin müavini vəzifəsində çalışıb. Amma eks-prezident Ayaz Mütəllibov bu sualı heç bir məlumatının olmaması kimi cavablandırıb.

-Əlbəttə, Moskvaya Artur Rasizadə də, Əbdürrəhman Vəzirov da, Ayaz Mütəllibov da teleqram vurub. Hətta, Mərkəzi Komitənin də, Nazirlər Kabinetinin də adından teleqram vurublar. Bunların hamısı faktdır. İstintaq materiallarında var.

-Amma Ayaz Mütəllibov bundan  məlumatsız olduğunu deyir.

-Necə ola bilər ki, Sovet dövründə sədr müavininin mərkəzə teleqram vurmasından xəbərdar  olmasın. Bu cür cavab “uşaq başı aldatmaqdan” başqa bir şey deyil. Ayaz Mütəllibov 20 yanvar hadisələrinə görə birbaşa məsuliyyət daşıyanların içərisindədir. Bu yaşa qədər gəlib çatıb. Necə deyərlər, müdriklik yaşını da keçib. Heç olmasa, özündə bir cürət tapıb uzun illərdən sonra hansısa məsuliyyəti etiraf etsin. Günahı başqalarının boynuna atmaqdansa, başqalarını ləkələməkdənsə unutmasın ki, vəzifəsinə görə məsuliyyət daşıyır. Ona görə də etiraf etsin ki, özünün də məsuliyyəti var. Azərbaycan xalqının ən böyük problemi odur ki, o zaman bu hadisələrə görə məsuliyyət daşıyanlardan indiyə qədər bir nəfər də olsun etiraf etməyib.


Namidə BİNGÖL


Tahir
19.01.2017, 11:06

Bu fərd indiyə qədər anlamır ki, 20 yanvarda xalqı tankların qabağına göndərən odur. Ayaz Mütəllibov olmasaydı, indi bu bu fərd azadlıqda deyildi. Əvvəl yazırdı ki, Moskvaya tüeleqramları A.Rəsizadə vururdu, indi ora hamını əlavə edir. Bundan soruşmaq lazımdır ki, o, hardan bilir ki, kim hara teleqram vurub? V.Hüseynov kitabında yazır ki, AXC liderlərinin demək olar ki, hamısı KQB-nin agentləri olub, Qorbaçovun SSRİ-nin dağıtmasında iştirak edib. AXC liderlərinə vəzifə veriməsi haqqında: Məgər R. Qaziyev, Tahir Əliyev, Sabir Rüstəmxanlı, F. Baxşəliyev, Cəlil Nağıyev və başqaları AXC-dən deyildirlər. Artyr Rəsizadənin teleqram vurmaq yalanını. Məgər götürüb, telefonla Kremlə deyə bilmirdi ki, Bakıda Konstitusiya pozulur və AXC bütün idarəçilik binalarını tutublar. Etibar kimi fərdlərin bədbaxtliyi ondadır ki, xalqı aldatdığına görə xalq daha belələrinə inanmır. Odur ki, narazı xalq müxalfət deyilən fərdlərin arxasınca getmir. KQB-nin 50 illiyi ilə bağlı bir kitab var. Adı belədir" KQB-50 il " Orda açıq şəkildə yazırlar " KQB-nn türməsindən üç yol var- ölüxana, dəlixana, birdə satqınlıq. Sovet dövründə oradan kim çıxıbsa, demnəli Azərbaycan xalqının adamı deyil.Səni, Edibarı, o türmədən Ayaz Mütəlliobov sağ çıxardıb. Nadürüst olmaq lazımdır ki, yaxşılığı qanmayasan. Xalq daha belə fərdlərə inanmır. Onların müxalifət oyunu 6 mart 1992-ci ildə dövlət çevrilişindən sonra, Azərbaycanlıları hakimiyyətdən uzaqlaşdırdıqdan sonra qurtardı.. Bir ildən sonra gedib Gəncədə öz liderləri olan Abülfəzi K. güdazə verdilər. İndi isə hiss ediblər ki, hakimiyyət böhranı var, xalqın başını aldatmaq istəyirlər. Daha Azərbaycanlılar hərif deyil ki, nağıllara inanısin, ölkədə stabilliyi pozsunlar. Ayaz Mütəllibov isə Azərbaycan xalqının İlk Prezidenti və Müstəqillik Aktəna qol çəkən ŞƏXSİYYƏTDİR. Gedin açın Qərbdə çap olunan tarix kitabları.

Tahir
22.01.2017, 08:59

“Etibar Məmmədov və Rəhim Qazıyevi Lefortovo daha da məşhurlaşdırdı...” - Məxfi ekspert “20 Yanvarın baiskarını “KQB” generalı Andropov yetişdirmişdi...” Qara Yanvar qətliamından 27 il ötsə də, barəsində nə qədər araşdırmalar aparılsa, məqalələr, kitablar yazılsa da, bu müdhiş faciənin sirli məqamları həddindən artıq çoxdur. Və həmin olayları qismən də olsa, obyektiv araşdırmaq üçün onların sıravi iştirakçılarından tutmuş hərəkat liderlərinə, Əbdürrəhman Vəzirova, Qorbaçovadək hər kəsi dindirmək, yüzlərlərlə cild kitab yazmaq lazımdır. Faciədən ötən hər ildönümündə, demək olar ki, eyni keçmiş dövlət adamları, hərəkat liderləri, fəal iştirakçılardan müsahibələr götürülür. Və danışanların əksəriyyəti məsuliyyəti öz üzərindən atıb başqalarını günahlandırmağa çalışır. Beləliklə, ortaq bir nəticəyə gəlinmir və icitimaiyyətin fikri əsl hədəflərdən yayındırılır... Moderator.az - ın məxfi konspiroloq-eksperti öz müsahibəsində "Qara Yanvar"la bağlı bir çoxu bu günədək deyilməmiş, tamamilə fərqli fikirlər söylədi. Yazının ilk hissəsini bu linkdən oxuya bilərsiniz: moderator.az/news/165889.html - Söhbətimizin ilk hissəsinin sonunda 20 Yanvar faciəvi olaylarının sirlərini “Mi-6”-nın arxivlərində də axtarmaq lazım olduğunu söyləmişdiniz. Bəzi oxucularımız buna bir az istehza ilə yanaşdılar ki, “əşşi, “KQB”, “SRU” desəniz, inanmaq olar – “Mİ-6”-nın 20 Yanvarla nə əlaqəsi?”.. - Bu günədək sələmçi, dələduz liderlər dünya sərvətlərini əllərində fırlatmaq və nəzarətdə saxlamaq üçün əsasən iki amildən istifadə edirlər. Birincisi, Quranda da deyildiyi kimi, əksəriyyət nəfsinə uyaraq Şeytanın yoluyla gedir, İkincisi isə insanların çoxu çarpaz, analitik düşnməyi bacarmır. Eşitdikləri informasiyanı birbaşa “həzm” edirlər. Həzrət Əli (ə) əbəs yerə demir ki, insanların çoxu yatıb – öləndə ayılacaqlar... “Xalq içərisindən çıxmış əsl liderlər sıradan çıxarılır, əvəzində saxta “qəhrəmanlar” yetişdirilir...” İngilis kəşfiyyatı, o cümlədən onun 15-20 bölməsindən biri olan “Mİ-6” əslində “SRU”-nun da, “KQB”-nin də, “Mossad”ın da “babasıdır. Və əslində digərləri arasındakı əməkdaşlığı da, qarşıdurmanı da məhz Britaniya kəşfiyyatı koordinasiya edir...Onu da vurğulayım ki, XIX əsrin sonlarından, xüsusən Sion müdriklərinin 1897-ci il Bazel konqresindən və Osmanlı dövləti çökdürülməyə başlandıqdan sonra dünyada imperiyaların dağılması və yeni dövlətlərin qurulması transmilli güclərin nəzarəti, “xeyir-duası”yla baş verir. Eləcə də nadir hallarda hansısa ölkədə xalq özbaşına, müstəqil şəkildə üsyanlar, inqilablar edir. Hardasa kortəbii qiyam-filan olarsa, dərhal nəzarətə götürülür. Xalqın içərisindən çıxmış əsl liderlər müxtəlif üsullarla sıradan çıxarılır, əvəzində saxta qəhrəmanlar yetişdirilir. Odur ki, on illərdir ki, müsəlman-türk dünyası bütövlükdə sabitliyə, azadlığa həsrət qalıb... “20 Yanvar 1970-ci illərdən planlaşdırılıb...” Əzizlərim, biz Şuşada – İsa bulağında erməni “kirvələrlə” haram içkilərdən “vurub” məst olduğumuz 1970-ci illərdə artıq SSRİ-nin dağılmasına səbəb olacaq Çernobıl, Qarabağ, 20 Yanvar və s. olayların təqribi planlaşdırılması gedir və həmin olayları icra edəcək aparıcı fiqurlar və agentura şəbəkələri formalaşdırılırdı. O zaman o fiqurlar Moskvada, Leninqradda, Bakıda, İrəvanda, Tiflisdə, Vilnüsdə və s. adi ali məktəb müəllimi, elmi işçi və ya tələbə idilər... “Qorbaçovu da, Yeltsini də “Mİ-6”-nın agenti olan Andropov yetişdirib...” - Deməli, o dövrdən SSRİ rəhbərliyində xəyanət var idi? - Bəli, Allaha, insanlığa xəyanət üzərində qurulmuş dövlətdə xəyanət olmalıydı. Onsuz da bu ölkənin idarəetmə rıçaqları əvvəldən xarici güclərin əlində idi. Sizin xəbəriniz varmı ki, sovet dövründə əqidəli kommunistlərin “SSRİ-ni möhkəmlədən, dirçəldən lider” kimi qəbul etdiyi Yuri Andropov Britaniya, İsrail və ABŞ kəşfiyyyatının agenti olub və SSRİ-ni dağıdan Qorbaçovu da o, yetişdirib. Bunu Rusiyanın vətənpərvər hərbçi və ziyalıları deyir. Hələlik bu barədə qısaca məlumat verim, inşallah, bir dəfə ətraflı danışarıq həmin mövzuda... Hələ 80-ci illərdə bir sıra rus emiqrantları Andropovun əsl ad-soyadının Uriya Liberman olduğunu da yazırdılar. Yəni bir çox siyasi liderlər kimi onun da yəhudi mənşəli olması haqqında həqiqətə çox yaxın fikirlər var. Andropovun xaç atası isə ona 1964-cü ilədək himayədarlıq etmiş və sovet hakimiyyətində rəhbər vəzifələr tutmuş Otto Vilhelmoviç Kuusinen olub. O, ingilis kəşfiyyatının agenti kimi Britaniya kraliçasının gizli sərəncamı ilə Krallığın ali ordeni ilə təltif edilib və ona cəngavər adı verilib. Həmkarları Andropovun xaç atasını “Britaniyanın qaranlıq tarixində ən uğurlu agent” adlandırırlar... Araşdırmalardan məlum olur ki, 15 il DTK-nın ölkə və xaricdəki agentura şəbəkəsinə birbaşa nəzarət etmiş çekist general Andropov hakimiyyətdə olduğu 15 ay ərzində də özündən sonra nəinki Qorbaçovu, eləcə də Rusiya və digər postsovet respublikalarında SSRİ-nin dağılmasına xidmət edəcək bəzi siyasi liderlərin yetişdirilməsi ilə məşğul olmuşdur. Eyni zamanda, o, zərgər dəqiqliyi ilə normal psixikaya malik əsl ziyalı sovet əleyhdarlarının - dissidentlərin saxta həkim arayışlarıyla dəlixanalara salınaraq sıradan çıxarılmasına və onların əvəzində doğrudan da ruhi xəstəlikləri olan saxta dissidentlərin yapılmasına nail olmuşdur... Yalnız onu deyim ki, Qorbaçova guya düşmən səviyyəli rəqib kimi tanıdığımız Rusiyanın ilk prezidenti B.Yeltsini də Andropov yetişdirib... Və bu minvalla hələ 1984-cü ildə Mərkəzi Komitə katibi kimi Tetçer tərəfindən böyük hörmətlə qarşılanan “Mİ-6” agenti Qorbaçov “SRU” və “Mossad”ın da dəstəyi ilə Andropovun planlarını uğurla davam etdirib. “Mİ-6”-nın adamlarının planlaşdırıb həyata keçirdiyi olaylar barədə həmin kəşfiyyatın arxivlərində məlumat olmasında təəccüblü nə var ki?.. - Belə çıxır ki, 1980-ci illərdən başlayan Qarabağ olaylarının və konkret 20 Yanvarın da əsas iştirakçı fiqurları öncədən “Mİ-6”-MKİ-DTK xətti ilə yetişdirilib? - Bəli. Onların arasında səmimi şəkildə öz milli amalları uğrunda mübarizə aparanlar da olub. Peşəkar xüsusi xidmət orqanları elə incəliklə işləyir ki, bəzən özün bilmədən öz fəaliyyətinlə onlara xidmət edirsən və dolayısıyla hansısa ölkənin təsir agentinə çevrilirsən. Hətta səni həbs də edirlər, fiziki-mənəvi təzyiqlərə məruz qoyurlar. Və sən özünü fədai kimi hiss edirsən. Ancaq səni ətrafındakı agentura vasitəsi ilə elə yönləndirirlər ki, son nəticədə onlara xidmət edirsən. Bu baxımdan konkret Qarabağ və Qara Yanvar faciəvi olaylarının əsas iştirakçıları arasında kimlərinsə birbaşa hansısa kəşfiyyata xidmət etməsini söyləmək çətindir... “Qorbaçov Heydər Əliyevə zəng edərək “adamlarını sakitləşdir” deyib, amma...” - Konkret 20 Yanvar olaylarında kimlərin fəaliyyəti daha çox şübhəlidir, sizcə? - Qorbaçovun tabeliyində olan Ə.Vəzirov və A.Mütəllibov, V.Hüseynov kimi Azərbaycan partiya, hökumət və DTK rəhbərlərinin, ən azı, tabeçilik baxımından “Moskvanın adamı” adlandırmaq olar. Mütəllibovun özü də müsahibələrində etiraf edir ki, o, istəsə də belə, çox şeyə mane olmaq, hansısa tədbir görmək səlahiyyətinə malik deyildi. O vaxtkı gerçəkliyə və hər ikisinin də xarakterinə görə, istər Vəzirovdan, istərsə də Mütəllibovdan Moskvanın əleyhinə gedəcək qətiyyətli hərəkətlər gözləmək sadəlöhvlük olardı... O günlərdə Moskvada yaşayan, 3 il öncə Siyasi Büro üzvlüyündən azad edilmiş SSRİ Nazirlər Soveti sədrinin keçmiş müavini, DTK generalı və Azərbaycanın sabiq 1-ci katibi, mərhum eks-prezident Heydər Əliyev isə ölkəmizin Rusiya nümayəndəliyində keçirdiyi mətbuat konfransıyla kütlələrin müəyyən hissəsindəki müsbət imicini daha da artırdı. Əlavə edək ki, hələ 1980-ci illərin ortalarından SSRİ lideri Qorbaçovun ona qərəzli münasibəti barədə informasiyalar yayılırdı. Qorbaçov 20 Yanvar ərəfəsində Heydər Əliyevə(bu barədə sabiq prezident özü də müsahibələrində bildirirdi) zəng edərək hədə ilə “Bakıdakı adamlarını sakitləşdir” dediyini söyləsə də, mərhum dövlət başçısının o günlərdə müxalifət nümayəndələrinə xalqı ordunun qarşısına çıxarmaq barədə hər hansı göstərişlər verməsi barədə hər hansı sənəd, yaxud video, audio-yazı əldə edilməyib... “1990-cı il yanvarın 15-də Vəzirov fəhlələrlə görüşündə onları silahlanmağa çağırıb...” O vaxtkı AXC liderlərindən daha çox adı hallanan Etibar Məmmədov və Nemət Pənahlıdır ki, onların guya paytaxt küçələrini avtomobiullə gəzərək xalqı barrikadalara gedib sovet ordusunun qarşısına çıxmağa səslədikləri söylənilir. Onlar isə təkidlə belə bir addım atmadıqlarını bildirir, hətta guya DTK-nın onların oxşarlarını küçələrdə gəzdirdiyini iddia edirlər... Bir məqamı da qeyd edim ki, yalnız o zamankı müxalifət tərəfindən deyil, Mərkəzi Komitə rəhbərliyi tərəfindən də əhaliyə radikal çağırışlar edilib. Siz mənə müsahibə götürəcəyinizi deyəndən sonra bir sıra mənbələrlə bir daha maraqlandım. Məsələn, Aydın Balayev və Rasim Mirzənin 2000-ci ildə yazdığı “20 yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər” kitabında vurğulanır ki, AXC-nin 20 Yanvar ərəfəsində qəbul eydiyi heç bir sənəddə xalqı küçələrə ordu qarşısına çağıran bir cümlə belə yoxdur. Amma əvvəlki mövqelərinin əksinə olaraq kommunist rəhbərlərin radikal çıxışlar etdiyi məlum olur. KPMK-nın I katibi Ə.Vəzirov 1990-cı il yanvarın 15-də məişət soyuducuları zavodu işçiləri ilə görüşündə əli silah tuta bilənləri könüllü dəstələrə yazıılmağa çağırıb və onları silahla təmin edəcəyinə söz verib. “Nemət Pənahlı deyib ki, fevralın sonunadək Azərbaycanda bir nəfər də erməni qalmamalıdır...” Çoxlarının bildiyi kimi, oxşar çağırış etməsi və Səttarxan adına zavodda avtomat silah istehsal edildiyini söyləməsi də sonradan guya İranda qaçıb gizlənməyə məcbur olan Nemət Pənahlının adına da “yazılır”... Amma onun 1990-cı il yanvarın 13-də “Azadlıq” meydanındakı çıxışında təkrar-təkrar belə bir fikir səsləndirməsi faktdır və bu günlərdə də təkrar yayılmış video-yazıdan da aydın görünür:”Fevralın sonunadək Azərbaycanda bir nəfər də erməni qalmamalıdır...” Məhz həmin gün – yanvarın 13-də də Bakıda “erməni talanları” başladılır... Belə çıxır ki, xalqı fitnəkarlığa təhrik etmək barədə komanda hər iki tərəfə; həm respublika rəhbərliyinə, həm də bəzi hərəkat liderlərinə verilmiş imiş... “Lefortovodan heç kəsi elə-belə buraxmazdılar...” O da həqiqətdir ki, hazırda Vəzirovu, Mütəllibovu xəyanətdə ittiham edən o dövrün müxalifətçiləri – İsa Qəmbər, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı, Ələkrəm Hümbətov və s. isə o xaotik Yanvar günlərində kütlələrin gözündə qəhrəmana çevrilmişdilər. O cümlədən mərhumlar Elçibəy, Xəlil Rza, Məhəmməd Tantəkin....Az sonra E.Məmmədov, R.Qazıyev, X.Rzanın və s. həbs edilərək DTK-nın Moskvadakı Lefortovo həbsxanasına salınmaları onları daha da məşhurlaşdırdı. Bəlkə yanılıram. Amma zənnimcə, nə qədər ki, SSRİ yıxılmamışdı, Lefortovodan heç kəsi elə-belə sağ-salamat buraxmazdılar... “Qorbaçov Etibar Məmmədov, Rəhim Qazıyev, Xəlil Rza, Nemət Pənahlı kimi liderlərə minnətdarlıq etməli idi...” - Demək istəyirsiz ki, adları çəkilənlər də xüsusi xidmət orqanları tərəfindən ələ alınmışdı? Axı Xəlil Rza da, Etibar Məmmədov da, Rəhim Qazıyev də həbsdən buraxıldıqdan sonra da Moskva və ermənilər əleyhinə kəskin çıxışlarını davam etdirirdilər... - Yox. Bunu deməyə əlimdə əsas yoxdur. Elədir, onların hər biri SSRİ-nin parçalanması, Azərbaycanın İttifaqdan ayrılması, sovet-rus qoşunlarının ölkəmizdən çıxarılması üçün çox çxışlar, hərəkətlər etdilər. Və əslində buna görə SSRİ-ni çökürtmək məqsədi güdən Qorbaçov və onun arxasında duran ölkə və supergüclər bunlara minnətdar olmalıydılar. Çünki Azərbaycandakı hərəkatçılar onların istədiyini edirdilər. Bir də onu danmaq olmaz ki, Yanvar hadisələrindəki iştiraklarından sonra Lefortovoda həbsdə olmaları Etibar Məmmədovu da, Rəhim Qazıyevi də daha da məşhurlaşdırmaqla onların gələcək siyasi karyeralarında böyük rol oynadı. Onların azadlığını xalqın əksəriyyəti tələb edirdi, Moskvaya on minlərlə teleqramlar vurulurdu. Artıq onların adı dünya KİV-də də çəkilirdi. Bu minvalla hər ikisi deputat oldu. E.Məmmədov AMİP kimi partiya yaradaraq AXC hakimiyyətinə qatı müxalif mövqeyə keçdi. R. Qazıyev isə hələ Yaqub Məmmədovun dövründən müdafiə naziri kimi fəaliyyətə başladı. Düzdü, sonradan onun dövründə işğal altındakı torpaqların xeyli hissəsi azad edildi. Xüsusən Ağdərə və Laçın-Kəlbəcər istiqamətlərində uğurlu əmliyyatlar həyata keçirildi. Amma Qarabağın “qara qapısı” Laçın və “üzük qaşı” Şuşa da məhz Rəhim Qazıyevin nazir olduğu dövrdə işğal edildi... “Etibar Məmmədov 1992-ci ilin mayında Laçndan Naxçıvana, oradan da S.Dəmirəllə görüşə getdi?..” Etibar Məmmədov isə həmin ərəfədə hay-küylə tələbələrdən ibarət 165 nəfərlik könüllü batalyon yaratdı. Şuşanın işğalından sonra həmin dəstəni Laçınla Şuşa arasındakı Turşsuya gətirdi. Amma bir gün sonra tələbələri orada qoyub Naxçıvana, o zaman Muxtar Respubikanın Ali Sovet sədri olan Heydər Əliyevin yanına, oradan isə Türkiyəyə - prezident S.Dəmirəllə görüşə getdi. Bu günədək jurnalistlərin təkidli suallarına rəğmən AMİP lideri Türkiyəyə Naxçıvandan keçməklə etdiyi bu qəfil səfərinin səbəblərini açıqlamır... Ələkrəm Hümbətov öz kimliyini açıqladı. Ondan danışmağa ehtiyac yoxdur. Yanvar olaylarında fəallıq göstərmiş AXC İdarə Heyətinin digər ilk üzvlərinin isə son 27 ildə Azərbaycan üçün nəsə tutarlı bir iş, qəhrəmanlıq etdiklərini söyləmək çətindir... “Rəhim Qazıyev Şuşa və Laçının işğaından sonra istefa verməli idi...” - Gəlin məsələyə “kənardan baxana döyüş asan gəlir” məntiqi ilə yanaşaq. Bax siz özünüz. məsələn, Rəhim Qazıyevin yerinə elə bir mürəkkəb dövrdə, hələ bir neçə aydır dövlətçiliyi “cücərməyə” başlayan ölkənin müdafiə naziri postunda olsaydınız, nə edərdiniz? - Əvvəla, mən ciddi hərbi-siyasi biliyim, təcrübəm, potensialım olmadan belə bir məsul və ciddi vəzifəni qəbul etməzdim. İkincisi də Rəhim Qazıyevin yerinə olsaydım belə, ən azı, Şuşa və Laçın kimi strateji bölgələrin işğalından sonra qəti şəkildə, prezidentin sözünü dinləmədən belə, istefa verərdim. Amma Rəhim bəy istefa vermədi. Düzdü, sonra bayaq dediyimiz uğurları da əldə etdi. Amma 1993-cü ilin iyununda digər Yanvar qəhrəmanları Nemət Pənahlı, Etibar Məmmədov və s. kimi o da böyük canfəşanlıqlar göstərərək AXC hakimiyyətinin süqutunda böyük rol oynadı... - 1990-cı ilin Yanvar hadisələrinə aparan yolda SSRİ-nin parçalanmasında əsas katalizator rolunu oynamış Qarabağ münaqişəsindən başqa iki əsas hadisə Moskvanın bu cür qəddar hərəkətlərinə bəhanə verən amil kimi qiymətləndirilir. Bunlardan biri 1989-cu ilin dekabrında Naxçıvanda başlayan və Güney Azərbaycanla sərhədlərinin açılmasına gətirib çıxaran Sərhəd Hərəkatı, digəri isə 1990-cı il yanvarın 13-də Bakıdakı erməni talanları idi... Maraqlıdır, sovet rəhbərliyi nədən Azərbaycan-İran sərhədinin dağıdılmasına ciddi müqavimət göstərmədi? Müsahibənin ardını Moderator.az-da izləyin! Sultan Laçın

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.05.2017, 00:47

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

27.05.2017, 00:36

İşdən çıxarılan general Gürcüstana qaçıb

27.05.2017, 00:22

İmtahandan kəsilən qız intihara cəhd etdi

27.05.2017, 00:09

Bu gündən Ramazan ayı başlayır

26.05.2017, 23:52

Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI

26.05.2017, 23:49

Stalinin erməni “xilaskarı” - MARAQLI

26.05.2017, 23:42

Azərbaycan nefti ucuzlaşıb

26.05.2017, 23:27

Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi

26.05.2017, 23:11

Rusiya yeni hərbi vertolyotun sınağını keçirdi - VİDEO

26.05.2017, 22:56

"Şəhəri tərk edin" - Mosula vərəqələr yayıldı

26.05.2017, 22:41

Qaxda 86 yaşlı kişi özünü asdı

26.05.2017, 22:27

ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

26.05.2017, 22:09

Dövlət xəstəxanaları pullu xidmətə keçir - VİDEO

26.05.2017, 21:54

Moskvada terror törətməyi planlayan 4 nəfər yaxalandı

26.05.2017, 21:37

Azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTO

26.05.2017, 21:25

Azərbaycan terror aktını pislədi

26.05.2017, 21:11

Yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

26.05.2017, 20:57

Bir həftədə 1400-dən çox sahibkarla görüş keçirilib

26.05.2017, 20:42

İş yoldaşını güllələyən şəxs danışdı - VİDEO

26.05.2017, 20:28

Misirdəki terror aktında ölənlərin sayı 28 nəfərə çatdı

26.05.2017, 20:16

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb

26.05.2017, 20:02

Türkiyədə tarixi türbəni 4 milyon dollara satmaq istəyiblər

26.05.2017, 18:57

"iPhone 6" sərfəli şərtlərlə satışda

26.05.2017, 18:50

Nazir müavini: “Təhsil sistemində hər hansı ixtisar yoxdur”

26.05.2017, 18:38

“Qarabağ” Avstriyada “Dinamo” Moskva ilə qarşılacaq

26.05.2017, 18:29

Dövlət Gömrük Komitəsi: “Heç bir problem yaşanmayıb”

26.05.2017, 18:21

Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib

26.05.2017, 18:05

ADU tələbələri “Piqmalion” pyesini səhnələşdirib

26.05.2017, 17:48

İŞİD-in 3 rəhbər şəxsi öldürüldü

26.05.2017, 17:45

9-cuların buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

26.05.2017, 17:35

"Müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir, bizə qarşı kampaniyalar aparılır"

26.05.2017, 17:30

Formula 1 yarışına 54 ölkədən bilet alınıb

26.05.2017, 17:25

Bakı Şəhər Halqası “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

26.05.2017, 17:21

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

26.05.2017, 17:15

Azərbaycanda ailə həkimləri hazırlanır

ARXİV