Modern.az

Tahir Kərimli Yevda Abramovla mübahisə etdi

Tahir Kərimli Yevda Abramovla mübahisə etdi

18 Yanvar 2017, 13:29

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov həmkarı Tahir Kərimlinin komitənin əvvəlki illərdəki fəaliyyətinə tənqidi fikir söyləməsinə sərt reaksiya verib.

 

Modern.az saytının məlumatına görə, Y.Abramov bildirib:

 

“Mən 10 ildən çoxdur bu komitənin sədr müaviniyəm və həmkarım Tahir bəy bizi zamanında yaxşı fəaliyyət göstərməməkdə və geridə qalmaqda ittiham edib. Mən deyirəm ki, məgər Milli Məclisin komitəsi fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?!”

“Biz indiki kimi əvvəl də işləyirdik. Düzdür, Bahar Muradova komitəyə sədr seçilməklə fəaliyyətimizə yeni nəfəs verdi. Ancaq biz o zaman da fəaliyyət göstərmişik .Ona görə də onun komitəsinin zamanında yaxşı fəaliyyət göstərməməsi ilə bağlı fikirləri ilə razılşamıram”.

 

Y.Abramovun bu fikri T. Kərimli tərəfindən əks reaksiya ilə qarşılanıb.

 

Məsələyə müdaxilə edən komitə sədri bahar Muradova bildirib ki, Milli Məclisdə kiminsə şəxsi münasibətlərini müzakirə etməyə ehtiyac yoxdur.

 

“Hər dövrün öz tələbi var və komitə də dövrünə görə öz fəaliyətini qurub. Ona görə də bu məsələlərə ehtiyac yoxdur”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub