Modern.az

Səudiyyə Ərəbistanı Misiri məhkəməyə verəcək

Səudiyyə Ərəbistanı Misiri məhkəməyə verəcək

19 Yanvar 2017, 13:48

Səudiyyə Ərəbistanı Tiran körfəzində yerləşən Sanafir və Tiran adalarına görə Misiri beynəlxalq məhkəməyə verməyə hazırlaşır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ağır iqtisadi durumda olan Misir məhkəmə xərclərinin qarşısında aciz qala bilər. Digər tərəfdən isə, Səudiyyə Ərəbistanı ölkədə çalışan 2 milyon misirlinin deportasiyası barədə qərar çıxara bilər.

 

2016-cı il aprelin 9-da imzalanan müqaviləyə görə Misir bu adaları Səudiyyə Ərəbistanına verməlidir.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir