Modern.az

Ənvər Seyidov yenidən hökm oxumağa hazırlaşır

Ənvər Seyidov yenidən hökm oxumağa hazırlaşır

Aktual

19 Yanvar 2017, 14:28

Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, hüquq elmləri namizədi, dosent Ənvər Seyidovun səhhətində irəliləyişlər var.


Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsindən Modern.az-a verilən məlumata görə, hakimin həyatına təhlükə qalmayıb və o, ev şəraitində müalicəsini davam etdirir. Eyni zamanda, tanınmış hakimin yaxın günlərdə işə çıxacağı bildirilib.

Xatırladaq ki, 67 yaşlı Seyidov Ənvər Cümşüd oğlu 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.

Bir müddət müalicə alandan sonra Ə.Seyidov evə buraxılıb.

Qeyd edək ki, Ənvər Seyidov 1972-ci ildən Azərbayvcan Ədliyyə Nazirliyi sistemində işə başlayıb. Respublik VVA Arxivinin müdiri, Notariat və VVA İdarəsinin baş məsləhətçisi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Secki Kommisiyasının təftiş qurupunun rəhbəri olub.

 

Gülşən RAUFQIZI 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır