Modern.az

Milli Qəhrəman Səyavuş Həsənovun doğum günüdür

Milli Qəhrəman Səyavuş Həsənovun doğum günüdür

19 Yanvar 2017, 14:42

Milli Qəhrəman Səyavuş Həsənovun doğum günüdür. Səyavuş Həsən oğlu Həsənov Şərur rayonu Yenicə kəndində anadan olub, xalq hərəkatında fəal iştirak edib, könüllü batalyonun tərkibində Qazax, Goranboy, Gədəbəy, Şuşa və digər istiqamətlərdə sücaətlə vuruşub, 1992-ci ildə polis sıralarına daxil olub.

 

Polis dəstəsində Ağdərənin kəndlərinin azad olunmasında fəal iştirak edib, 1992-ci il iyunun 25-də Qırmızıkənd istiqamətində döyüşdə düşmənin bir tankını qumbara ilə sıradan çıxarıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyulun 21-də Milli Qəhrəman adına layiq görülüb.

 

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər