Modern.az

Uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanacaq

Uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanacaq

19 Yanvar 2017, 14:48

Azərbaycanda uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanacaq. Modern.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsi ilə bağlı çıxış edən Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib.

 

Arif Məmmədov artıq dəyişikliyə beynəlxalq təşkilatların tələbləri əsasında başlanıldığını bildirib.

 

“Bu əsasən Çikaqo konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır. Avqust ayında Beynəlxalq Mülki Təşkilat audit keçirəcək. O audit keçirilən kimi biz bu dəyişikliyi qəbul etməliyik. Bundan sonra standartlara uyğun olan fəaliyyət aradan qaldırılacaq. Bu günlərdə administrasiyamızda struktur dəyişikliyi də olmalıdır”.

 

A.Məmmədov qeyd edib ki, hazırda uçuşların təhlükəsizliyi haqqında adminstrasiyanın qaydaları var. Və yeni proqram hazırlanmasında bu qaydalardan istifadə olunacaq, həmin qaydalar proqram formasına salınacaq.

 

“Həmin proqramda heyət üzvlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistem yaradılması da nəzərdə tutulur. Bir sözlə, adminstrasiyanın qərarları yetərli deyil, dövlət qanununda əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir. Dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir