Modern.az

“20 Yanvar hadisələrində mənim çalğım olmasaydı...”- Kamil Cəlilov

“20 Yanvar hadisələrində mənim çalğım olmasaydı...”- Kamil Cəlilov

19 Yanvar 2017, 15:29

“Elə bu dəqiqə müalicədən çıxdım, həkimlər məni yola saldı. Sistem vurdular. Birisi gün saat 3-ün yarısı bura yenidən gələcəm. İnsan gərək özünə baxa ki, xalqa da bir xeyir verə. Çünki xalq da gözləyir ki, Kamil müəllim yeni nə yaradacaq, nə ifa edəcək. Nə qədər ömrüm varsa, bunu etməliyəm. Ümumiyyətlə, sənətkar nə qədər yaşayırsa, onun yaradıcılığında yenilik hər zaman olacaq”.

Bunu Modern.az saytına açıqlamasında Xalq artisti, qaboy alətinin mahir ifaçısı Kamil Cəlilov bildirib. Qaboyin ən mahir bilici və ifaçısı olan Kamil Cəlilov sabah 27-ci ildönümü olacaq 20 yanvar dəhşətlərinin musiqi dili ilə çatdırılmasında böyük xidmətlər göstərib.
20 yanvar faciəsinin dəhşətləri  onun qaboy ifasının fonunda insanların yaddaşında yenilənib. Xalq artisti bundan sonra da bu missiyanı həyata keçirməyə hazır olduğunu bildirib:

“Bu olmalıdır. Çünki bütün xalq bilir ki, yanvar hadisələrində mənim çalğım olmasa idi, ah –naləni bu dərəcədə çatdırmaq olmayacaqdı. Camaat yalçın qalmışdı, bilmirdi ki, şəhidlərin ah-naləsini nə təhər dünyaya çatdırsınlar. Mənim qaboyum o zamanlarda ağlayırdı”.



E.Nazimoğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi