Modern.az

“Məktəblərdə psixoloqun heç bir səlahiyyəti yoxdu” - PROBLEM

“Məktəblərdə psixoloqun heç bir səlahiyyəti yoxdu” - PROBLEM

19 Yanvar 2017, 16:00

Bu gün Azərbaycan məktəblərindəki ən böyük problem şagirdlərin intellektual deyil, psixoloji cəhətdən hazırlıqsızlığıdır. Bu amil şagirdlərin intellektual fərd kimi yetişməməsinə də öz təsirini göstərir. Daha çox basqı və danlaq altında olan yeniyetmələr nəticədə, orta təhsilini bitirdikdən sonra cəmiyyətə tam şəkildə adaptasiya oluna bilmirlər.

Bir neçə il əvvəl hazırlanan təhsil modelində məktəblərdə psixoloq vahidinin ayrılması də bu səbəbdən idi. Lakin həmin metod özünü doğrultmadı. Məktəblərə peşəkar deyil, hansısa fənni tədris edib, bir illik kurslardan sonra “psixoloq” olan kəslərin axını başladı. Busa, həmin ştat vahidini formallığa çevirdi. Əksər məktəblərdə şagirdlər bəlkə də, oxuduqları  məktəblərində psixoloqların kimliyindən xəbərsizdirlər.

 

Sosioloq alim Əhməd Qəşəmoğlu Modern.az-a açıqlamasında məktəb psixoloqlarının hazırlanmasını çox vacib və milli bir iş hesab edir. Onun fikrincə, məktəblərdə həqiqi psixoloqların olması şagirdləri gələcək naqisliklərdən qoruyacaq:

“Bu, olduqca mühüm məsələdir. Hazırda  Azərbaycan məktəblərinin psixoloqa, amma sözün həqiqi mənasında olan psixoloqa böyük ehtiyacı var. Amma təəssüf ki, məktəbdəki psixoloqların böyük əksəriyyəti bu tələblərə cavab vermir. Bir zamanlar məktəb psixoloqlarının olması haqqında qərara çıxanda, başqa fənləri tədris edən müəllimlər buna meyl etdilər. Birillik formal kurslara getdikdən sonra məktəbdə psixoloq kimi də qalmağı bacardılar. Mənim özümü də həmin kurslarda dərs deməyə  dəvət etmişdilər. Lakin məsələnin həddindən artıq formallığını görüb bu işdən imtina etdim. Amma məktəb psixoloqu çox vacib obyektdir. Hazırladığım yeni təhsil konsepsiyasında da  buna xüsusi yer ayrılıb.

Hər bir valideyn övladını məktəbə keyfiyyətli təhsil almaq üçün göndərir. Göndərmir ki, onun övladı pedaqoji kadrlar tərəfindən cəzalandırılsın, danlansın və nəticədə psixologiyası zədələnsin. Baxın, istənilən orta məktəbin hər sinfində maksimum 5-6 əlaçı, yaxud, yaxşı oxuyan şagird var. Yerdə qalan 15-20 şagird isə əsasən müəllimlərin danlaq hədəfi olur. Ya nizamsızlığına, ya da dərslərinə zəif münasibətinə görə danlanır. Bu isə onun psixikasının zədələnməsinə səbəb olur. Birinci sinfə əlində çiçəklə gələn balaca şagirdin elə özü də çiçək kimidir. Lakin məktəbdə gördüyü psixoloji basqı onu tamamən dəyişir. Nəticədə, 11-ci sinfi bitirən şagirdlərin bir qismi etikadan çox kənar birisinə çevrilir. Onların hətta  müxtəlif  dini təriqətlərə qoşulub terrorçu kimi də formalaşma ehtimalı var.

Bu kimi yaşamaması üçün məktəb psixoloqlarının üzərinə böyük iş düşür. Şagird məktəbin orta siniflərində oxuduğu zaman onunla mütəmadi söhbət aparılsa, onun maraq dairəsi və bu maraq dairəsinə doğru gedəcək yolu göstərsə, onu istəyi üzrə istiqamətləndirsə, bunun çox böyük faydaları olacaq. Hazırladığım təhsil konsepsiyasında da bunu göstərmişəm. 4 və 5-ci siniflərdən başlayaraq, orta məktəb şagirdləri ilə bu cür söhbətlər aparılmalıdır. Əgər müasir təhsil modelini istəyiriksə, bu modelin hazırladığı şagirdləri görmək arzusundayıqsa, mütləq güclü məktəb psixoloqlarının da olmasını istəməliyik. Bu çox əhəmiyyətli və milli məsələdir”.

 

Psixoloq Dəyanət Rzayev Azərbaycan məktəblərindəki psixoloqların formallığının və passiv fəaliyyətinin əsas səbəbinin onlara heç bir sərbəstliyin verilməməsində görür:

“Şəxsən məni məktəbə psixoloq kimi çağırsalar, heç zaman getmərəm. Çünki maksimum 200 manat əmək haqqı verilir, amma ən aşağı fərdi seansın dəyəri 20-30 manatdır. Yəni, gün ərzində bircə adamla da görüşsən, aylıq 600 manat əldə edə bilərsən. Maddi qazancdakı fərqə fikir verin. Həm də, bizdə psixoloqlara bir o qədər də imtiyaz verilmir. Xarici ölkə məktəblərində psixoloqlar böyük səlahiyyət sahibidirlər. Onlar lazım gəldikdə, direktorla, məktəbin rəhbərliyi ilə, müəllimlərlə də şagirdlərin mənafeyi naminə razılaşmaya bilir. Şagirdlərlə mütəmadi işləyir və müəllim, rəhbərlərlə aralalarındakı münasibətsizliyi bərpa edir. Bizdə isə psixoloqa o səlahiyyət verilmir.


E.Nazimoğlu

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi