Modern.az

"20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı

"20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı

19 Yanvar 2017, 16:30

Azərbaycan Milli Elmlər Akademiyasının (MEK) əməkdaşları "20 Yanvar” şəhidilərinin Vikipediya səhifəsini yaradıblar.


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin Vikipedia səhifəsi yaradılıb. Səhifədə 146 nəfər şəhidin 85 nəfəri haqqında məlumat əksini tapıb.


Mərkəzi Elmi Kitabxanadan verilən məlumatda deyilir: “Şəhidlərimiz haqqında gələcək nəsillərin məlumat əldə edə bilməsi üçün bu səhifə çox faydalı olacaq. Buradakı məlumatlar nəticəsində insanlarımız şəhidlərimizin qəhrəmanlıqları haqqında məlumatlana biləcəklər. Həmin məlumatların beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ingilis və rus dillərinə tərcüməsi də planlaşdırılır”.
Səhifəyə link vasitəsilə daxil olmaq olar: //az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Baskervill/20_yanvar

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır