Modern.az

Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat verdi

Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat verdi

Aktual

19 Yanvar 2017, 18:33

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı bəyanat yayıb.

 

Səfirlikdən Modern.az-a verilən bəyanatda bildirilir ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı yaddaşlardan silinməyəcək:

"Azərbaycanlı qardaşlarımızın vücudunu tanklara qarşı sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq.

 

Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır