Modern.az

“20 Yanvar Azərbaycan tarixində qəhrəmanlıq salnaməsidir” – Millət vəkili  

“20 Yanvar Azərbaycan tarixində qəhrəmanlıq salnaməsidir” – Millət vəkili   

19 Yanvar 2017, 20:16

“20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, bu qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcək. Amma 20 Yanvar faciəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmaq lazımdır.  Belə tədbirlər 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından önəmlidir”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində keçirilən tədbirdə vurğulayıb.

Millət vəkili 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib, gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıb.

 

20 Yanvarın tariximizdə həm də ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd edən millət vəkili Q.Paşayeva 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib, gəncləri bu tarixi heç bir zaman unutmamağa, müstəqil dövlətimizin inkişafı istiqamətində daha çox çalışmağa çağırıb.

 

Tədbirdə çıxış edən məktəb rəhbərliyi, digər ziyalılar da çıxışlarına 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildiriblər. Onlar gəncləri əl-ələ verib bu faciə ilə bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyiblər. Tədbir çərçivəsində məktəblilər 20 Yanvarla bağlı fikirlərini səsləndiriblər və onlarla bu istiqamətdə fikir mübadiləsi də aparılıb. Məktəblilər 20 Yanvarla bağlı hazırladığı ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş etdiriblər. Tədbirin sonunda millət vəkili Q.Paşayeva gənclərə Azərbaycan tarixi ilə bağlı kitablar təqdim edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?