Modern.az

Cəlilabadda ağır qəza: 1 ölü, 1 yaralı

Cəlilabadda ağır qəza: 1 ölü, 1 yaralı

19 Yanvar 2017, 20:57

Cəlilabadda baş verən ağır qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına gorə, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Həcər Bayramova  aldığı çoxsayı bədən xəsarətlərindən hadisə yerində keçinib. Onun həyat yoldaşı, avtomobilin sürücüsü Musa Bayramovun vəziyyətinin normal olduğu bildirilir.

 

Qeyd edək ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili Astara isdiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla toqquşub. İdarəetməni itirən sürücü avtomobili dirəyə çırpıb. Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir