Modern.az

Ağcabədidəki qəzada 1 nəfər ölüb

Ağcabədidəki qəzada 1 nəfər ölüb

20 Yanvar 2017, 00:34

Ağcabədidə baş verən yol nəqliyyat hadisəsində xəsarət alanlardan biri həyatını itirib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Sarcalı kəndində baş verən qəzada yaralanan sürücü, Səfqulu Əliyev xəstəxanada dünyasını dəyişib. Xəsarət alan sərnişinlərin vəziyyəti ağır olaraq qalmaqdadır.

Qeyd edək ki, hadisə Ağcabədi rayonunun Sarcalı kəndi ərazisində baş verib. Əliyev Səfiqulu Saday oğlunun idarə etdiyi “VAZ 21011” markalı,  04 BL 847 dövlət nömrə nişanlı avtomobil traktora qoşulan lapetlə toqquşub. Yol qəzasında 4 nəfər ağır yaralanıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir