Modern.az

Andrey Karlovun qətli ilə bağlı daha bir polis saxlanılıb

Andrey Karlovun qətli ilə bağlı daha bir polis saxlanılıb

Dünya

20 Yanvar 2017, 01:23

Türkiyədə güllələnən Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovun qətli ilə bağlı daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Ankara məhkəməsi verib. Belə ki, cinayət işinin istintaqı çərçivəsində saxlanılar 7 polis əməkdaşı – Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib. Dindirilmədən sonra Səfa K. sərbəst buraxılıb. Kaan Bülbül barəsində həbs qətimkan tədbiri seçilib və o Ankaranın “Sincan” həbsxanasına yerləşdirilib. Qalan polis əməkdaşları barəsində şəhəri tərk etməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki ötən gün məhkəmə Andrey Karlovun qətli ilə əlaqədar digər polis əməkdaşı Sercan Başar və sahibkar Enes Asim Silin barəsində  həbs qətimkan tədbiri seçib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır