Modern.az

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Aktual

20 Yanvar 2017, 10:08

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın İqrıq kəndi ərazisindən keçən hissəsində baş verib. 40 BN 677 dövlət nömrə nişanlı, “QAZ 31” markalı avtomaşınla “NAZ Lifan” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!