Modern.az

ABŞ-ın 4 keçmiş prezidenti Trampın inauqurasiyasına gələcək

ABŞ-ın 4 keçmiş prezidenti Trampın inauqurasiyasına gələcək

20 Yanvar 2017, 11:02

ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasında bu ölkəyə keçmişdə rəhbərlik edən 5 nəfərdən 4-ü iştirak edəcək.

 

Modern.az xəbər verir ki, onlar 39-cu prezident Cimmi Karter, 42-ci prezident Bill Klinton, eləcə də oğul Corc Buş və Barak Obamadır. Ata Corc Buş səhhətindəki problem səbəbindən mərasimdə iştirak edə bilməyəcəl. İnauqurasiyda Donald Trampın Demokratlar Partiyasından olan rəqibi Hillari Klinton da iştirak edəcək. Məlumata görə, musiqiçilərin hamısı inauqurasiyaya qatılmaq istəməyiblər.

 

Elton Con və Selin Dionun dəvət olunmalarına baxmayaraq, iştirakdan imtina etdikləri bildiriir. Buna qədər Vaşinqtona milyona yaxın adamın gələcəyinin gözlənildiyi haqda məlumat yayılıb. Ona görə də paytaxtda fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir