Modern.az

"Xəzərin statusu ilə bağlı Bakıda iclas keçiriləcək”

"Xəzərin statusu ilə bağlı Bakıda iclas keçiriləcək”

20 Yanvar 2017, 11:18

Yanvarın sonunda Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfovun sözlərinə görə, bütün ölkələr iştirak edəcəklərini təsdiqləyiblər: "İşçi qrupunun bu iclası nazirlərin görüşünə hazırlıq xarakteri daşıyır".

 

Nazir müavini qeyd edib ki, bununla yanaşı, Konvensiya layihəsinin hazırlanması üzərində iş aparılacaq, eləcə də açıq qalan məsələlər üzrə müzakirə olunacaq:

"Həmçinin gündəliyə 2017-ci ildə sammitin keçirilməsinə hazırlıq məsələsinin müzakirəsi daxil edilə bilər".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı