Modern.az

20 Yanvar şəhidləri cəbhə bölgəsində yad edilib

20 Yanvar şəhidləri cəbhə bölgəsində yad edilib

20 Yanvar 2017, 12:08

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq  yanvarın 20-də Horadiz şəhərindəki Qəhrəmanlar Parkında anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirdə  20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.


Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvarın faciəsindən danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir. 


Alı Alıyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirmişdir.

“20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaqdır".


Çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulamışlar.


Həmin gün saat 12:00-da bütün resapublikamızda olduğu kimi Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.


20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiqlənmiş, rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilmiş, faciə qurbanları yad edilmişdir.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?