Modern.az

Qəddafi: "Mən qorxmuram, biz qalib gələcəyik!"

Qəddafi: "Mən qorxmuram, biz qalib gələcəyik!"

23 Mart 2011, 17:09
Liviya lideri polkovnik Müəmmər Qəddafi öz tərəfdarlarında ruh yüksəkliyi yaratmaq üçün son həftə ərzində ilk dəfə çıxış edib. Koalisiya hava hücumlarının dağıtdığı mərkəzdən danışan Qəddafi "bütün İslam ordularını" ona qoşulmağa çağırıb və deyib: "Biz qalib gələcəyik".

BBC-nin məlumatına görə, Qəddafinin qüvvələri və üsyançılar arasında döyüşlər davam edib. Şahidlər deyir ki, üsyançıların şəhəri Misratada təchizat tükənməkdədir.
Ötən gecə qərbli müttəfiqlərin hava hücumlarının səsi bir daha Tripolidən eşidilib. Koalisiyanın hərbi personalı Birləşmiş Millətlər Təşkilatının Liviya üzərində qeyri-uçuş zonasının tətbiq olunması və mülki şəxslərin qorunmasına dair qətnaməsini həyata keçirir.

Dünən axşam 200-ə yaxın tərəfdarı qarşısında çıxış edən Qəddafi deyib ki, işğalçı xristian ölkələr İslama qarşı "xaç davası"na başlayıblar. O, öz çıxışını bu sözlərlə bitirib: "Mən üfüqləri saran tufanlardan qorxmuram, qara dağıntılar saçan təyyarələrdən də qorxmuram. Mən məğlub olmayacağam, mənim evim buradır, mənim çadırımdır. Mənəm əsl sahib, mənəm sabahın yaradıcısı. Mən burdayam. Mən burdayam. Mən burdayam!".

Qərbin hava təyyarələri son günlər ərzində Liviya üzərində 300-dən artıq hərbi üçüş keçiriblər və 162-dən artıq raketdən atəş açılıb.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi