Modern.az

Çinin əhalisi 1,4 milyarda yaxınlaşır

Çinin əhalisi 1,4 milyarda yaxınlaşır

20 Yanvar 2017, 13:45

Çinin əhalisinin sayı 2016-cı ildə 8,09 milyon nəfər artaraq 1 milyard 382 milyona çatıb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, ötən il ölkədə 17,86 milyon uşaq doğulub, onun 9,77 milyon nəfəri ölüb.

 

Ölkənin kişi əhalisinin sayı 708,15 milyon, qadınların sayı 674,56 milyon nəfərdir. Bu o deməkdir ki, Çində 104,98 kişiyə 100 qadın düşür.

 

Bu problemlə bağlı artıq çinli mütəxəssislər də danışırlar. Onlar 4 milyondan çox minli kişinin 2020-ci ildə evlənə bilməyəcəyindən narahatdırlar. Ölkədə əmək qabiliyyətli əhalinin sayı (yaşı 16-dan 59-a qədər olanlar) 907,47 milyondur.

 

Çindəki pensiya yaşındakı əhali isə (yaşı 60-dan yuxarı olanlar) 230,96 milyon, ümumi əhalinin 16,7 faizi qədərdir. Çinin şəhərlərində 792,98 milyon, kənd rayonlarında 589,73 milyon əhali yaşayır. Bir il ərzində şəhər əhalisinin sayı 21,82 milyon, kəndlərdə isə 13,73 milyon nəfər artıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub