Modern.az

Hollivud ulduzları Trampa qarşı hicablı aksiya keçirəcəklər 

Hollivud ulduzları Trampa qarşı hicablı aksiya keçirəcəklər 

20 Yanvar 2017, 16:20

Hollivud aktrisası Keti Nadjimi qadınları Donald Trampın inauqurasiyası günü vətəndaş haqlarından məhrum olunacaqları gözlənilən müsəlman qadınları dəstəkləmək məqsədilə hicab taxmağa çağırıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, şənbə günü Vaşinqtonda Trampın prezidentliyi əleyhinə keçiriləcək 100 mindən çox insanın iştirakı edəcəyi yürüş ərəfəsi təşkil olunan kiçik aksiyadır.

“Mən hicablı qadınlar gördüm və düşündüm ki, onları necə dəstəkləmək olar. Düşündüm ki, bəlkə biz inauqurasiya hicab taxaq?”, - 59 yaşlı Hollİvud aktrisası deyib.

Nadjimi onu da qeyd edib ki, bu aksiyada əsas məqsəd hansısa konkret dinə yox, bütünlükdə din azadlığına dəstək ifadə etməkdir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi