Modern.az

81 yaşlı qadın və 52 yaşlı oğlu soyuqdan dondu

81 yaşlı qadın və 52 yaşlı oğlu soyuqdan dondu

20 Yanvar 2017, 19:30

Serbiyada davam edən anomal şaxtalardan həyatını itirənlərin sayı 8-ə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Belqraddan 70 kilometr aralıdakı Lozovik kəndində 81 yaşlı qadın və onun 52 yaşlı oğlu soyuqdan donublar.

 

Serbiyada soyuq havalar yanvarın 6-dan başlayıb. Ötən günlərdə xilasedicilər qar yağması səbəbindən çıxılmaz vəziyyətdə 140 nəfəri  müxtəlif yaşayış məntəqələrindən köçürüblər.

 

Serbiyada güclü şaxta və qar xüsusilə yanvarın 6-14-də olub. Bir neçə günlük fasilədən sonra ölkəyə yenidən  şaxtalı hava qayıdıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi