Modern.az

Qar altında qalan oteldən 10 nəfər xilas edilib

Qar altında qalan oteldən 10 nəfər xilas edilib

Dünya

20 Yanvar 2017, 21:11

Mərkəzi İtaliyanın Abruzzo vilayəti rayonunda qar uçqunu altında qalan oteldən sağ çıxarılan insanların sayı 10 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, xilasedicilər otel binasında ilk sağ qalmış insanları cümə günü səhər aşkarlayıblar. Onların arasında iki qız uşağının da olduğu bildirilir. Sağ qalanlar binanın çardaq örtüyünün altında tapılıb.

 

Havanın yaxşılaşmağa başlaması xilasetmə əməliyyatları üçün nisbətən əlverişli şərait yaradıb. Telekanalın müxbirinin verdiyi məlumata görə, hadisə zonasında yağıntı dayanıb, havanın temperaturu mənfi 4 dərəcəyədək yüksəlib, qar örtüyü bir qədər əriməyə başlayıb.

 

Xatırladaq ki, çərşənbə günü gecə baş vermiş hadisə zamanı oteldə 30-dan çox insan olub. İndiyədək 4 nəfərin cəsədi aşkarlanıb. Zəlzələnin səbəb olduğu qar uçqunu nəticəsində dördulduzlu otel tamam dağılıb. Güclü qar səbəbindən xilasedicilər faciənin baş verdiyi yerə xizəklə gəlməli olublar.

 

Eyni zamanda, zəlzələ zonasındakı kiçik kəndlərdə yaşayan yüzlərlə sakin ətraf aləmdən tam təcrid olunub. Onların xilas olunmasına 7 min nəfərdən çox insan cəlb edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir