Modern.az

Tramp vəzifəsinin icrasına başlayıb

Tramp vəzifəsinin icrasına başlayıb

Dünya

20 Yanvar 2017, 21:38

ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayıb. Modern.az saytı xəbər verir ki,  Donald Tramp inauqurasiya mərasimində and içib.

Donald Tramp Amerikanın güclənməsi və birinciliyini qoruması üçün çalışacağını bildirib:  "Mən Donald Con Tramp, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatların prezidenti vəzifələrini şərəflə icra edəcəyəm və var gücümlə Birləşmiş Ştatların Konstitusiyasını qoruyacam, müdafiə edəcəm və dəstəkləyəcəyəm. Və qoy Allah mənə kömək olsun".

Tramp andın ənənəvi sözlərini deyərək sol əlini ABŞ Ali Məhkəməsinin sədri Con Robertsin onun qarşısında, əlində saxladığı "Bibliya"nın üstünə qoyub.

Tramp bildirib ki, ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək: “ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir