Modern.az

Qambiya prezidenti vəzifəsini tərk etməyə razılaşıb

Qambiya prezidenti vəzifəsini tərk etməyə razılaşıb

20 Yanvar 2017, 23:13

Qambiyanın hazırkı prezidenti Yəhya Camme vəzifəsini tərk etməyə razılaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident seçkilərində qalib gələn Adama Barrou özünün “Tvitter” hesabında yazıb.

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adam Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb.  Seçkilərdə məğlub olan hazırkı prezident Y.Camme isə 36,7 faiz səs toplayıb.

Səsvermənin nəticələri elan edildikdən sonra Y.Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.

Qeyd edək ki, ötən gün  Seneqal ordusu  Qambiyada hakimiyyətin prezident seçkilərində qələbə qazanmış Adam Barrouya verilməsini təmin etmək məqsədi ilə bu ölkəyə daxil olub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub