Modern.az

Vaşinqtondakı etiraz aksiyalarında iştirak edən 90 nəfər saxlanılıb

Vaşinqtondakı etiraz aksiyalarında iştirak edən 90 nəfər saxlanılıb

20 Yanvar 2017, 23:42

Vaşinqtonda prezident Tramp əleyhinə keçirilən etiraz aksiyası iştirakçıları arasında saxlanılanlar var. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, indiyədək təxminən 90 nəfər saxlanılıb. Toqquşmalar inauqurasiya paradının keçdiyi On ikinci küçədə və L-strit ərazisində baş verib. Etirazçılar asayiş keşikçilərinə butulka və zibil atıblar. Polis onlara qarşı gözyaşardıcı qaz  və səsli qumbaralardan istifadə edib.

Qeyd edək ki, şəhər mərkəzindəki qarışıqlıqlar nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir