Modern.az

“Hücumda solçu terror təşkilatlarından biri şübhəli bilinir” – Baş nazir

“Hücumda solçu terror təşkilatlarından biri şübhəli bilinir” – Baş nazir

21 Yanvar 2017, 00:54

Türkiyə baş naziri Binali Yıldırım hakim partiyanın binasının qumbaraatandan atəşə tutulmasını pisləyib. Modern.az saytı xəbər verir ki, baş nazir hücumun arxasında solçu təşkilatlardan birinin durduğunun ehtimal edildiyini bildirib: “Hücumda solçu terror təşkilatlarından biri şübhəli bilinir. Bu  Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və yaxud Marksist Leninist Kommunist Partiyası (MLKP) ola bilər. Kim edibsə etsin, alçağın biridir”.

 

Qeyd edək ki, ötən axşam İstanbulda hakim “Ədalət və İnkişaf Partiyasının” (AKP) binası qumbaraatandan atəşə tutulub. Faktla bağlı prezident Ərdoğan da məlumatlandırılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub