29 may 2017, Bazar ertəsi
Ana Səhifə - - İndiki oğlanlar necə qızlarla evlənmək istəyirlər? - “Göy göz olsun, açıq-saçıq geyinən...”
İndiki oğlanlar necə qızlarla evlənmək istəyirlər? - “Göy göz olsun, açıq-saçıq geyinən...”
21.01.2017, 09:49

Hər bir gəncin gələcək həyat yoldaşı haqqında özünəməxsus fikirləri var. Evlilikdən qabaq gələcək ömür-gün həmdəmi barədə hərə bir cür xəyal qurur, sevgilisinin necə olmasını öz-özlüyündə təsəvvür edir. Elə gənclər var ki, onların xəyalları gerçək olur. Elələri də var ki, əksinə..

Modern.az saytının əməkdaşı bir neçə gün öncə müxtəlif peşə sahibləri olan gənc qızlardan “Gələcək həyat yoldaşınızın necə biri olmağını istəyirsiniz” sualına cavab istəyib.

Əməkdaşımız indi də bu mövzu ətrafında müxtəlif peşə sahibləri olan oğlanların fikirlərini öyrənib.

 

Dizayner Namiq Məmmədov gələcəkdə evlənəcəyi qadının ilk növbədə ağıllı və tərbiyəli olmağını istəyir.

“Mənim daha çox ortaboy, sarışın və göy göz qızlardan xoşum gəlir. Zahiri görkəmcə gələcəkdə ailə quracağım insanın belə olmağını istiyərdim. Amma hər şeydən öncə qadının namusu və şərəfi gəlir. Əgər bunların heç biri qadında yoxdursa, ondan nə qədər kənarlaşsan, daha yaxşıdır. Allah heç bir gəncə belə qadınlar qismət etməsin.
Ailə quracağım xanım öz ailəsinə necə hörmət edirsə, mənim də ailəmə elə hörmət etməlidir. Onun imkanı isə mənə lazım deyil. Ailəsi sayılan-seçilən olsun. Onu da qeyd edim ki, çərçivədən çıxmamaq şərti ilə də geyimi normal olsun. Açıq-saçıq geyinən qızlardan xoşum gəlmir. Oturuşunu, duruşunu və sözünün yerini bilən qızlardan çox xoşum gəlir. İstəyərdim ki, gələcək də də bu kriteriyalarda olan xanımla ailə həyatı qurum”.

 

Tibb Universitetinin tələbəsi Tural Abbasa görə, “ailə quracağım xanım” deyəndə hər şeydən öndə əxlaq gəlir.

“Çünki kənardakıların əksəriyyəti söz tapan kimi demirlər ki, çirkindi.  Deyirlər ki, oturuşu, duruşu və hərəkətləti yaxşı deyil. Görünüş baxımına gəldikdə isə çox adam istəyir ki, göy göz və gözəl xanımla ailə həyatı qursun. Mən isə istəyirəm ki, gələcəkdə ailə quracağım xanım əxlaqlı gözəl və təhsilli olsun. Yəqin ki, mən bir qadında olan maksimum şeyləri istəyirəm. Amma hələ ki, pulu necə qazanmaq lazımdır, onu fikirləşirəm. Pul olsun, ondan sonra evlənmək haqqında fikirləşəcəm və yəqin ki, elə bir xanım taparam”.

Gənc şair Emin Piri deyir ki, ilk növbədə qarşılıqlı sevgi olmalıdır.

“Bununla yanaşı, bir-birinə tam inam və etibarın olması lazımdır. Gerisi məncə düzələn bir işdi. Bəlkə bu sahədən danışmağa təcrübəm çatmır, amma düşündüyüm budur. Məncə sevmədiyin adamla yaşamaq dəhşətli əzabdır”.

Şair, köşə yazarı Emin Akifə görə isə əsas odur ki, televizorda ən maraqlı kinoya baxarkən ətçəkən maşını qoşmasın.

““Camaatın arvadı" janrlı deyingənlik etməsin, "dədəmin öyündən gətirməmişəm ki" üslublu şikayətlər etməsin. Ümumiyyətlə, qadın telefon kimidir, istədin-istəmədin, həyatının parçasına çevrilir. Sensorlu telefonlar daxil, barmaq eləməsən, işləmir. Mənim evlənəcəyim qadın cismi gözəlliyi ilə bərabər, düşüncə gözəlliyi ilə də fərqlənməlidir. Amma heyf ki, sifarişlə evlilik olmur”.

Bakı Dövlət Universitetinin tələbəsi Nadir Şükürov deyib ki, gələcəkdə ailə quracağı insan hər şeydən öncə namuslu xanım olmalıdır.

“Mənə onun ailəsinin varlı və kasıb olmağı bir o qədər də vacib deyil. Amma olsa, daha yaxşı. Məndən ən azı 3-4 yaş kiçik olmalıdır. Mənim qaraşın qızlardan xoşum gəldiyinə görə, qaraşın olsa, lap əla olardı. Xəyalımdakı gələcək həyat yoldaşımın görünüşü belə olmalıdır: Düz və uzun saçları, qara gözləri, ortaboylu. Təhsilin olmağı da vacibdir. Çünki mənə görə təhsilli qadınlar həyatı daha yaxşı başa düşə bilirlər. Həm də gələcəkdə övladlarına yaxşı tərbiyə verə bilirlər. Amma yenə də deyirəm, ailə quracağın qadın deyəndə hər şeydən öndə mənim üçün  əxlaq gəlir. Yenə də qismət”.

 

Mirmahmud KAZIMOĞLU

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

ARXİV