Modern.az

Trampın nitqi: ""Hər şey Amerika və amerikalılar üçün!" - Bəs, dünya?"

Trampın nitqi: ""Hər şey Amerika və amerikalılar üçün!" - Bəs, dünya?"

21 Yanvar 2017, 10:08

Ötən gecə ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib və o, artıq rəsmən dövlət başçısıdır.

Modern.az-ın məlumatına görə, Trampın andiçmə mərasimindəki nitqi yeni mesajların çoxluğu ilə seçilib. Hazırda dünyanın hər yerində media və ekspertlər bu çıxışı müzakirə edirlər. Tramp ABŞ prezidenti kimi fəaliyyətə başladığı ilk dəqiqələrdəcə dünyanı silkələyə bilib.


Trampın andiçmə mərasimindəki nitqini şərh edən politoloq, “Atıas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyib:


“Barak Obamanın 8 il öncəki andiçmə mərasimini xatırlayıram. Hamıya nəsə xüsusi mesajı var idi, hər cümləsi xüsusi çəkiyə malik idi. Donald Tramp isə daha sadə danışdı, iş yerləri, fabriklər, zavodlar, körpülər açacağını, sərhəddi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi. Yəni seçkiqabağı vədlərində nə demişdisə, andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı. Demək, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. Çıxışın əsas leytmotivi belə idi: “Hər şey Amerika və amerikalılar üçün!””.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi