Modern.az

Obama Kaliforniyadakı rezidensiyasına gedə bilmədi

Obama Kaliforniyadakı rezidensiyasına gedə bilmədi

21 Yanvar 2017, 10:46

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın ailəsi ilə birgə olduğu təyyarə hava şəraitinin əlverişsiz olması səbəbindən Kaliforniyanın Palm Sprinqs hava limanına qədər uça bilməyib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Obamanı qarşılamaq üçün toplaşanlar buna görə evlərinə dağılışmalı olublar.

İlkin məumata görə, hava gəmisi 40 dəqiqə Palm Springsin üzərində dairə vurduqdan sonra Març ehtiyat hava limanına yollanıb.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-ın 44-cü prezidenti ailəsi ilə birlikdə Vaşinüqtonu tərk edərək Kaliforniyaya yollanıb.

Qeyd edilir ki, Obama sonuncu dəfə prezidentin avisasiya dəstəsindəki hava gəmisindən istifadə edir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi