Modern.az

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

21 Yanvar 2017, 14:22

Moldova Ombudsmanı Aureliya Qriqoriu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Modern.az APA-ya istinadən xəbər verir ki, A.Qriqoriunun bununla bağlı yaydığı bəyanatda deyilir:

"Mən Aureliya Qriqoriu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstəyimi təsdiqləyərək, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qətnamələrinin icrasının vacibliyini vurğulayaraq, münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupunun səylərinin vacibliyini və bu səylərə dəstəyimi ifadə edərək, erməni və Azərbaycan xalqlarının keçmişdə birgə yaşayış ənənəsinə əsaslanaraq, hər iki ölkədə yeni nəsildə bir-birinə münasibətdə yalnız müharibə ruhunun formalaşdığını təəssüflə qeyd edərək, uzadılmış münaqişələrin həlli və millətlərin sülh şəraitində birgə yaşayışı ideyasını dəstəkləyərək, bu təşəbbüsü dəstəklədiyimi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülhpərvər qətnamələrin icrasına yönəlmiş "Ermənistan-Azərbaycan Sülh naminə Platforma"ya qoşulduğumu bəyan edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır