Modern.az

Acun İlıcalı bu axşam "Survivor 2017"yə başlayır - HEYƏTLƏR

Acun İlıcalı bu axşam "Survivor 2017"yə başlayır - HEYƏTLƏR

21 Yanvar 2017, 18:08

Bu gecə Türkiyənin TV8 kanalında "Survivor 2017" başlayır.

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, Acun İlıcalının reytinqlərə liderlik etmək üçün əsas silahı olan yarışma proqramının bu il də izlənmə rekordları qıracağı gözlənilir.

Ötən mövsümlərdə bütün serialları qabaqlayan proqramın bu il daha ciddi - "İçerde", "Vatanım sensin", "Cesur ve Güzel", "Anne" kimi rəqibləri var.

Artıq ilk hissənin anonsları da yayılıb.

Bu il "Məşhurlar" komandasında Serhat Akın, Berna Öztürk, Furkan Kızılay, Pınar Saka, Tarık Mengüç, Sabriye Şengül, Şahika Ercümen, Adem Kılıççı, Seda Demir, Çılgın Sedat, Sema Apak, İlhan Mansız yarışacaq.

"Könüllüler"də isə Gökhan Gözükan, Fulya Şahin, Ogeday Girişken, Denisa, Elif Şadoğlu, Eser West, Burçak Tuncer, Tuğçe Melis Demir və Volkan Çetinkaya yer alıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?