Modern.az

Gəncədə hamilə qadın ölüb

Gəncədə hamilə qadın ölüb

21 Yanvar 2017, 20:16

Goranboy rayon sakini Gəncədə xəstəxanada ölüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb.

Məlumata görə,  Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı “sol partlamış boru hamiləliyi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər