Modern.az

Səudiyyə Ərəbistanında terror aktı törədildi

Səudiyyə Ərəbistanında terror aktı törədildi

Dünya

21 Yanvar 2017, 20:27

Səudiyyə Ərəbistanında terror aktı törədilib.  Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin qərbində Ciddə şəhərində törədilib. Məlumata görə, hadisə hüquq mühafizə orqanlarının keçirdiyi reyd zamanı baş verib. İki terrorçu saxlanılan zaman özlərini partladıblar.

Polis terrorçuları saxlamağa cəhd göstərərkən onlar partlayıcı bağlanmış kəməri işə salıblar. Partlayışda iki terrorçu ölüb. Digər şəxslər arasında ölən və yaralananların olmadığı xəbər verilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır