Modern.az

ABŞ Suriya danışıqlarına xüsusi nümayəndə göndərməyəcək

ABŞ Suriya danışıqlarına xüsusi nümayəndə göndərməyəcək

Dünya

21 Yanvar 2017, 22:13

ABŞ Suriya danışıqlarına xüsusi nümayəndə göndərməyəcək. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, rəsmi Vaşinqtonu Astanada aparılacaq Suriya üzrə danışıqlarda bu ölkənin Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.

Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq. Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür