Modern.az

Murad Dadaşov qəzaya düşüb

Murad Dadaşov qəzaya düşüb

21 Yanvar 2017, 23:42

Lənkəran rayonunda mikroavtobus piyadanı vurub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Xarxatan kəndi ərazisində qeydə alınıb.

"Qazel" markalı mikroavtobus 1955-ci il təvəllüdlü Murad Dadaşovu vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan M.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya aşağı ətrafların sınığı diaqnozu qoyulub.

Sürücünün şəxsiyyəti məlum deyil.

Faktla bağlı Lənkəran rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir