Modern.az

Milli Məclisi də dezinfeksiya etdilər

Milli Məclisi də dezinfeksiya etdilər

6 Noyabr 2009, 14:31

Azərbaycanda A(H1N1) virusuna-"donuz qripi"nə yoluxanların sayının artması səbəbi əksər dövlət obyektlərdə bu xəstəliyə qarşı profilaktik tədbirlər çərçivəsində dezinfeksiya işlərinin aparılmasını zəruri edib. Modern.az-a məlum olub ki, noyabrın 6-da  səhər Milli Məclisin binasında da dezinfeksiya tədbirləri həyata keçirilib.
Parlamentin mətbuat xidmətindən saytımıza bildirilib ki, dezinfeksiya işləri Milli Məclisin bütün binasını əhatə edib.
Qeyd edək ki, bundan öncə orta məktəblərdə, uşaq bağçalarında, metroda da dezinfeksiya tərbirləri görülüb.
Hazırda Azərbaycanda xəstəliyə yoluxmuş 3 nəfər var. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, noyabrın 4-də “donuz qripi”nə yoluxduğu elan edilən Kürdəmir sakininin səhhətində irəliləyişlər var. Noyabrın 5-də A(H1N1) virusu aşkarlanan iki xəstənin vəziyyəti isə kafidir. V.Qasımov hələlik əlavə virusa yoluxma faktı qeydə alınmadığını bildirib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə “donuz qripi” virusu iyun ayında iki nəfərdə tapılmışdı. Onların hər ikisi müalicə edilib. Noyabrın 4-də əvvəllər Ukraynada yaşayan və bir müddət öncə Azərbaycana qayıdan qadında xəstəlik aşkarlanıb.
Noyabrın 5-də isə Kürdəmir sakini ilə əlaqədə olan digər bir qadında və onlarla heç bir əlaqəsi olmayan bir kişidə də xəstəlik müəyyənləşib. Üçüncü xəstə də bir neçə gün öncə Ukraynadan qayıdıbmış. Hazırda onlar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə edilirlər.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir