Modern.az

Taliban yaraqlıları 43 nəfəri qətlə yetirib

Taliban yaraqlıları 43 nəfəri qətlə yetirib

21 Yanvar 2017, 23:57

Taliban yaraqlılarının Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətinə hücumu nəticəsində 43 nəfər həlak olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, həlak olanlar arasında 16 polis əməkdaşı var. Yerli hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yaraqlılar Mayvand qəzasındakı polis məntəqəsinə dörd dəstə ilə hücum ediblər. Hücumu köməyə gələn qüvvələrin sayəsində dəf etmək mümkün olub.

Qeyd edək ki, son vaxtlar Əfqanıstanda bir-birinin ardınca terror aktları törədilir. Yanvarın 10-da parlamentin binası qarşısında intiharçı-terrorçu tərəfindən törədilmiş partlayış nəticəsində azı 38 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdı. Elə həmin gün Qəndəharda 11 nəfərin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı beş diplomatının ölümü ilə nəticələnən terror hücumu baş vermişdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir