Modern.az

Bombalanan qaçqın düşərgəsində ölənlərin sayı 236 nəfərə çatıb

Bombalanan qaçqın düşərgəsində ölənlərin sayı 236 nəfərə çatıb

22 Yanvar 2017, 00:29

Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən Kamerunla sərhəd yaxınlığında yerləşən Renn şəhərindəki qaçqın düşərgəsinə səhvən endirilən zərbə nəticəsində ölənlərin sayı 236 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.  

Faciənin baş verdiyi Kala-Balqe rayonunun rəhbəri bildirib ki, ölənləri dəfn edən insanlar 234 nəfərin dünyasını dəyişdiyini bildirib. Daha soonra isə yaralılardan iki nəfəri həyatını itirib. Qeyd edək ki, yanvarın 17-də Nigeriya HHQ “Boko Haram” terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı səhvən ölkənin şimal-şərqindəki qaçqın düşərgəsinə zərbə endirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır