Modern.az

Qaçqınlar arasında nikahlara qadağa...

Qaçqınlar arasında nikahlara qadağa...

Dünya

22 Yanvar 2017, 00:44

Danimarka parlamenti 18 yaşına çatmayan şəxslər, o cümlədən qaçqınlar arasında nikahların qeydə alınmasını qadağan edən qanun qəbul edib. Modern.az saytı xəbər verir ki, bu barədə “Report” “Independent” nəşrinə istinadən məlumat yayıb.

Qanun, həmçinin yetkinlik yaşına çatmayan şəxslərin digər ölkələrdə daxil olduğu nikahı da Danimarka ərazisində etibarsız sayır.

Məsələ İnteqrasiya Nazirliyinin hesabatından sonra gündəmə gəlib. Sənəddə Danimarkada yetkinlik yaşına çatmayan qaçqınlar arasında 27 nikahın qeydə alındığı bildirilir.

Qanun fevralın 1-dən qüvvəyə minəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür